- İspaniya L.L.
- 23:51 04.12.2025
“Real”ın hücumçusu Vinius Junior böyük ehtimalla klubla müqaviləsini uzadacaq.
90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə, 25 yaşlı futbolçunun 2027-ci ilə qədər olan mövcud anlaşması hələ qüvvədə olsa da, tərəflər artıq yeni kontraktla bağlı ilkin razılıq əldə ediblər.
Bildirilir ki, son “El Klasiko”da braziliyalı futbolçunun əvəzlənməsinə sərt reaksiya göstərməsi barədə dolaşan söz-söhbətlər danışıqlara təsir etməyib və klub onun komandadakı roluna tam etibar edir.
Vinius cari mövsümdə “kral klubu”nun heyətində bütün turnirlər üzrə 16 matçda 5 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliyalı hücumçu “Real Madrid”in formasını 2018-ci ildən etibarən müdafiə edir.