- İspaniya L.L.
- 23:51 04.12.2025
“Barselona”nın idman direktoru Deku çempionluq mübarizəsi ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "Barca Universal" onun dediklərini belə çatdırıb.
“Biz çempionluq yarışının içindəyik. Bu mövsüm də ötən il olduğu kimi ciddi çətinliklərlə üzləşmişik: vacib futbolçuların çoxsaylı zədələri ilə bağlı problemlər yaşadıq. Bu çatışmazlığı keçən mövsüm də hiss edirdik. Bütün bunlara baxmayaraq, ‘Real’la mübarizə aparırıq. Çempionat çətin olacaq”, – Deku bildirib.
O həmçinin qeyd edib ki, çempionluq uğrunda mübarizədə “Atletiko” və başqa komandalar da iddialıdır.
Hazırda “Barselona” La Liqanın turnir cədvəlinə 13 oyundan 31 xalla başçılıq edir. “Real”ın da eyni xalı var, lakin madridlilərin bir oyunu ehtiyatdadır.