5 dekabr 2025. Cümə

“Qalan səkkiz oyunun hamısını qazana bilərik”


“Qalan səkkiz oyunun hamısını qazana bilərik”

“Barselona”nın hücumçusu Robert Levandovski La Liqada “Atletik”ə (Bilbao) qarşı 4:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.  

90deqiqe.Az xəbər verir ki, "DAZN" polşalı futbolçunun dediklərini belə çatdırıb.

“İlin sonuna qədər hələ səkkiz oyun var və mən əminəm ki, onların hamısında qalib gələ bilərik. Özümü əla hiss edirəm, komanda da eyni formada görünür. Bugünkü oyun kimi çıxış etsək, 2025-ci ildə qalan bütün görüşləri udmaq tam realdır”

37 yaşlı forvard uzun fasilədən sonra “Kamp Nou”ya dönüşünü qolla qeyd edib – o, artıq 4-cü dəqiqədə hesabı açıb.

Qeyd edək ki, bu qələbədən sonra “Barselona” La Liqa turnir cədvəlində topladığı xalların sayına görə “Real”ı yaxalayıb (31 xal). Lakin madridlilərin bir oyunu ehtiyatda qalır.







İspaniya L.L.