29 iyun 2026. Bazar ertəsi

“Kamp Nou”da ilk qolu vurmaq inanılmaz hissdir"


“Kamp Nou”da ilk qolu vurmaq inanılmaz hissdir"

“Barselona”nın hücumçusu Robert Levandovski “Kamp Nou”ya dönüşünü “Atletik” (Bilbao) ilə matçda ilk qolla qeyd edib.  

90deqiqe.Az xəbər verir ki, 37 yaşlı forvard bu barədə jurnalistlərə açıqlama verib.

“Nəhayət, “Kamp Nou”ya qayıtdıq, bu bizim üçün xüsusi gündür. Çox sevincliyik, xüsusən də matça möhtəşəm başlayaraq özümüzü göstərmək çox xoşdur. Burada ilk qolu vurmaq inanılmaz hissdir, qürur hissi məni bürüyür”.

Polşalı forvard oyunun 4-cü dəqiqəsində hesabı açıb.Qalan vaxtda kataloniyalılar daha üç dəfə fərqlənərək matçı 4:0 hesabı ilə qələbə ilə başa vurublar.

Qeyd edək ki, “Barselona” komandasının növbəti oyunu 28 noyabrda Çempionlar Liqasında “Çelsi” ilə olacaq.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"