- İspaniya L.L.
- 23:51 04.12.2025
“Sevilya”nın baş məşqçisi Matiyas Almeyda “Espanyol”la oyundan əvvəl mətbuat konfransında danışıb.
90deqiqe.Az xəbər verir ki, baş məşqçi komandasının hazırkı vəziyyətini şərh edərək, hələ də optimal oyun ritmini tapa bilmədiklərini bildirib:
“Hələ də axtardığımız ‘qızıl orta’nı tapa bilməmişik ki, əksər oyunlar eyni səviyyədə keçsin, amma mən neqativdən çox pozitiv məqamlar görürəm. Bizim üçün hər oyun final kimidir”
O, həmçinin rəqibi diqqətlə təhlil etdiklərini və məqsədyönlü şəkildə oyuna hazırlaşdıqlarını vurğulayıb:
“Rəqibi yaxşı analiz etmişik. Oraya istədiyimizi əldə etmək üçün böyük həvəs ilə gedirik. Fiziki problemləri olan əksər futbolçularımız bərpa olunub, demək olar ki, hamısı geri qayıdıb. Nyanzu isə ‘Osasuna’ ilə oyundan sonra ikinci məşqdən sonra sıradan çıxıb. Bu üzücü haldır, çünki o, çox önəmli oyunçudur və meydana çıxanda yaxşı görünür. O, bu qədər zədələr üçün hələ çox gəncdir”
Hazırda “Sevilya” 16 xalla 9-cu, “Espanyol” isə 18 xalla 6-cı yerdə qərarlaşıb. Qarşılaşma 24 noyabr, Bakı vaxtı ilə 00:00-da start götürəcək.