5 dekabr 2025. Cümə

Boatenq “Barselona”da məşqçilik təcrübəsi keçirəcək


Boatenq “Barselona”da məşqçilik təcrübəsi keçirəcək

Almaniya millisinin sabiq müdafiəçisi Cerome Boatenq “Bavariya”da məşqçilik təcrübəsini keçməkdən imtina edib.

90deqiqe.Az-ın "Diario Sport"a istinadən məlumatına görə, o, Münhenin “Bavariya” klubunda oxşar imkandan imtina edib. Klub azarkeşlərinin etirazları Boatengin sistemə qoşulmasına mane olub – fanatlar sabiq futbolçunu qadınlara qarşı münasibətinə görə tənqid edərək klubdan əməkdaşlığı dayandırmasını tələb ediblər.

Boatenq dərhal alternativ yol taparaq “Barselona” ilə 10 günlük təcrübə proqramı üzrə razılığa gəlib. Proqram çərçivəsində ona baş komandaya məşqlərə qatılmaq, məşqçi heyətinin yanında olmaq və akademiyanın iş metodlarını izləmək imkanı verilib.

 







İspaniya L.L.