29 iyun 2026. Bazar ertəsi

“Bəzən komanda yoldaşlarım məndən xoşlanmır”


“Bəzən komanda yoldaşlarım məndən xoşlanmır”

“Barselona”nın braziliyalı hücumçusu Rafin­ya Dias komanda daxilində münasibətlərdən danışıb.

90deqiqe.Az-ın "Worldwide"yə istinadən məlumatına görə, braziliyalı futbolçu bildirib ki, oyuna maksimum enerji ilə yanaşdığı üçün bəzən bu vəziyyət komanda yoldaşlarını narahat edə bilər:

“Bəzən elə gəlir ki, komanda yoldaşlarımı əsəbiləşdirirəm… Mən daim yüksək pressinqi tələb edirəm. Hamıya kömək etməyə çalışıram. Əgər özüm maksimum çalışıramsa, başqalarından da eyni səviyyəni istəyə bilərəm”

28 yaşlı futbolçu cari mövsümdə bütün turnirlər üzrə 8 matçda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Barselona” 25 noyabrda səfərdə “Çelsi”nin qonağı olacaq. Çempionlar Liqasının V turunun oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"