5 dekabr 2025. Cümə

Mbappe "Elçe" ilə oyundan sonra hakimi təhqir edib


Mbappe "Elçe" ilə oyundan sonra hakimi təhqir edib

“Real”ın hücumçusu Kilian Mbappe İspaniya çempionatının 13-cü turunda “Elçe” ilə (2:2) keçirilən oyundan sonra baş hakim Fransisko Maesonu təhqir edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Məlumata görə, hakim futbolçuya mübahisələrə görə sarı vərəqə göstərdikdən sonra Mbappe dönərək fransız dilində iki dəfə “pis adam” ifadəsini işlədib.

Hücumçu oyundan sonra komandanın paltardəyişmə otağına dönərkən rəqib oyunçu onunla danışmaq istəsə də, Mbappe ona əl qaldıraraq “dayan” deyib və yenidən yüksək səslə “pis adam” ifadəsini təkrar edib.

Fransız futbolçu hakimin əlavə vaxt başa çatdıqdan dərhal sonra oyunu bitirməsinə etiraz edib. O, “Elçe”nin qapıçısı İnyaki Peniye ikinci qoldan sonra uzun müddət tibbi yardım aldığından narazı qalıb və Maesoya demişdi: “Əgər o oynaya bilmirsə, gedsin! Zəhmət olmasa, bizə oynamağa imkan verin!”







İspaniya L.L.