- İspaniya L.L.
- 23:51 04.12.2025
“Mançester Yunayted” sabiq hücumçusu Lui Saha, “Barselona”nın gənc oyunçusu Lamin Yamalın transferi ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az-ın "OLBG"ə istinadən məlumatına görə, o, hesab edir ki, 300 milyon funt sterlinq dəyərindəki transfer yalnız PSJ və “Mançester Siti” üçün mümkündür.
“Düşünürəm ki, yalnız bu iki komanda onun transferini reallaşdıra bilər. Amma yoluna baxanda, gənc yaşda böyük keçid etməsi futbol üçün pis olar. Laminin “Barselona”da inkişaf etməsi, davamlı oynayıb irəliləməsi daha faydalıdır. Mən qorxuram ki, ətrafındakı böyük diqqət onun istedadını zədələyə bilər. Mən onun maksimum potensialını görmək istəyirəm”
Xatırladaq ki, “Barselona” Çempionlar Liqasında son matçda “Çelsi”yə 0:3 hesabı ilə uduzub.