- İspaniya L.L.
- 23:51 04.12.2025
“Barselona” yay transfer pəncərəsi üçün hədəflərini müəyyən edib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Bildirilir ki, baş məşqçi Hans-Diter Flik, idman direktoru Deku və klubun digər idman rəhbərləri birgə şəkildə komandaya gücləndirmə tələb olunan mövqeləri seçiblər: solaxay mərkəz müdafiəçisi, vinger və mərkəz hücumçu.
Müdafiə xəttinə transfer zərurəti yaranacağı təqdirdə sözügedən mövqeyə oyunçu keçidi 2026-cı ilin qışında da gerçəkləşə bilər. Bunun üçün klubun maliyyə feyr-pley qaydalarına əməl etməsi əsas şərtdir. Namizədlər arasında “Sportinq”dən Qonsalu İnasiu, “Nottingem Forest”dən Murilo, “Borussiya” (Dortmund) oyunçusu Niko Şlotterbek, “Palmeyras”dan Luis Benedetti və “Kristal Paləs”lə çıxış edən Mark Qehi yer alır.
Mərkəz hücumçu mövqeyi də əsas prioritetlərdən biridir. Robert Levandovskinin müqaviləsinin başa çatmaq üzrə olması bu istiqamətdə gedişatı sürətləndirib. Klubun diqqətində “Atletiko”nun hücumçusu Xulian Alvares, “Bavariya”nın forvardı Harri Keyn və “Mançester Siti”nin ulduzu Erlinq Haaland var.
Bundan əlavə, Rafinnyanın Səudiyyə Ərəbistanına mümkün transferi səbəbindən flanqların gücləndirilməsi də gündəmdədir. Namizədlər arasında “Mançester Yunayted”in futbolçusu Markus Rəşfordun adı çəkilir. Onun təxmini transfer qiyməti 30 milyon avro göstərilir. Yekun qərar mövsümün sonuna qədər göstərdiyi oyunla bağlı olacaq. “Barselona” həmçinin “Milan”dan Rafael Leaunu da nəzərdən keçirir.
Hazırda kataloniya klubu La Liqada ikinci, Çempionlar Liqasında isə 18-ci sırada qərarlaşıb.