- İspaniya L.L.
- 23:51 04.12.2025
“Barselona” klubun gənc vingeri Şeyn Kluyvertlə yeni müqavilə üzrə danışıqlara start verib.
90deqiqe.Az xəbər verir ki, “Barselona B”nin heyətində çıxış edən 18 yaşlı istedad hələ ki, yekun qərarını verməyib.
Onun cari müqaviləsi gələn yay başa çatır. Kluyvert kluba 2017-ci ilin iyulunda “PSJ”nin gənclər komandasından azad agent kimi qoşulub.
Gənc futbolçu bu mövsüm Sequnda liqasında 4, UEFA Gənclər Liqasında isə 5 oyunda iştirak edib. O, Fransa klubuna – “PSJ”yə qarşı görüşdə bir qola imza atıb.
Qeyd edək ki, Şeynin atası, məşhur futbolçu Patrik Kluyvert 1998–2004-cü illərdə “Barselona”nın heyətində çıxış edib və Niderland millisinin əsas oyunçularından biri olub.