20 yanvar 2026. Çərşənbə axşamı

“Barselona” doğma meydanda “Alaves”i məğlub etdi


“Barselona” doğma meydanda “Alaves”i məğlub etdi

İspaniya La Liqasının XIV turunda “Barselona” “Spotify Kamp Nou” stadionunda “Alaves”i qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma kataloniyalıların 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Oyunun ilk dəqiqəsində qonaqların yarımmüdafiəçisi Pablo İbanes hesabı açıb. Səkkizinci dəqiqədə Lamin Yamal hesabı bərabərləşdirib. 26-cı dəqiqədə Dani Olmo “Barselona”nı önə keçirib. Matçın sonlarında, 90+3-cü dəqiqədə Olmo dubl edərək yekun nəticəni müəyyənləşdirib.

Bu qələbədən sonra “Barselona” 34 xalla turnir cədvəlinin liderliyinə yüksəlib. 32 xalı olan “Real Madrid” bir oyun ehtiyatı ilə ikinci pillədə qərarlaşıb. “Alaves” isə 15 xalla 14-cü yeri tutur.

Növbəti turda “Barselona” dekabrın 2-də “Atletiko Madrid”lə qarşılaşacaq. “Alaves” isə dekabrın 6-da “Real Sosyedad”ı qəbul edəcək.







İspaniya L.L.

“Bu mövsüm də bombardir olacaq”
  • İspaniya L.L.
  • 16:55 19.01.2026
“Bu mövsüm də bombardir olacaq”
“Real” “Levante”ni məğlub etdi
  • İspaniya L.L.
  • 19:06 17.01.2026
“Real” “Levante”ni məğlub etdi
Mbappe Vinisiusa dəstək oldu
  • İspaniya L.L.
  • 18:00 17.01.2026
Mbappe Vinisiusa dəstək oldu