29 iyun 2026. Bazar ertəsi

“Vilyarreal” “Real Sosyedad”ı səfərdə məğlub etdi


“Vilyarreal” “Real Sosyedad”ı səfərdə məğlub etdi

İspaniya La Liqasının 14-cü turunda “Real Sosyedad” öz meydanında “Vilyarreal”ı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Reale Arena”da keçirilən qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

Hesabı 31-ci dəqiqədə “Vilyarreal”ın hücumçusu Ayose Peres açıb. 57-ci dəqiqədə Alberto Moleyro fərqi iki topa çatdırıb. Üç dəqiqə sonra “Real Sosyedad”ın yarımmüdafiəçisi Karlos Soler Fermin hesabı 1:2 edib. 87-ci dəqiqədə Ander Barrenetxea bərabərlik qolunu vurub. Lakin əlavə vaxtda Alberto Moleyro yenidən səhnəyə çıxaraq dublunu rəsmiləşdirib və qonaqlara qələbə qazandırıb.

“Real Sosyedad”ın rusiyalı yarımmüdafiəçisi Arsen Zaxaryan 77-ci dəqiqədə meydana daxil olub.

Bu turdan sonra “Real Sosyedad” 16 xalla turnir cədvəlinin 10-cu pilləsində, 32 xal toplayan “Vilyarreal” isə 3-cü yerdə qərarlaşıb.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"