3 oktyabr 2026. Şənbə

“Real” səfərdə “Jirona” ilə heç-heçə etdi


“Real” səfərdə “Jirona” ilə heç-heçə etdi

İspaniya La Liqasının 14-cü turunda “Jirona” və “Real” üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, oyun Kataloniya təmsilçisinin evində – “Municipal de Montilivi” stadionunda baş tutub. Matçı Bilbao təmsilçisi De Burgos Bengoetxea idarə edib.

Görüş 1:1 hesabı ilə başa çatıb. Ev sahibi komandadan Azedin Unay 45-ci dəqiqədə fərqlənib. Madrid klubundan Kilian Mbappe 67-ci dəqiqədə penalti zərbəsi ilə hesabı bərabərləşdirib.

14 turdan sonra “Real” 33 xalla cədvəldə 2-ci pillədə qərarlaşıb. “Jirona” 12 xalla 18-ci sıradadır. Liderlik “Barselona”nın əlindədir – 34 xal.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”