5 dekabr 2025. Cümə

“Bizim üçün asan olmayacaq”


“Bizim üçün asan olmayacaq”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik La Liqada “Atletiko”ya qarşı keçiriləcək qarşıdakı görüş barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, alman mütəxəssis rəqibi yüksək qiymətləndirib və mübarizənin çətin keçəcəyini bildirib.

“Biz fantastik komandaya qarşı oynayacağımızı bilirik – çox keyfiyyətli komanda və ən yaxşı məşqçilərdən birinə malikdir. Bu, ağır matç olacaq. Hazırda birinci yerdəyik, amma mövsüm bitməyib. İşimizi davam etdirməliyik. La Liqada səviyyəli komandalar çoxdur və hamısı maksimum güclə oynamağa hazırdır”, – deyə Flik mətbuat konfransında bildirib.

“Barselona” – “Atletiko” oyunu 2 dekabr, çərşənbə axşamı, “Kamp Nou” stadionunda keçiriləcək. Görüşün start fiti Bakı vaxtı ilə 00:00-da səslənəcək. Kataloniya klubu hazırda 34 xalla liderdir. “Atletiko” isə 31 xalla 4-cü yerdədir.







İspaniya L.L.