- İspaniya L.L.
- 23:51 04.12.2025
“Real”ın baş məşqçisi Xabi Alonso komandanın çıxışı ilə bağlı yaranan suallara münasibət bildirib.
90deqiqe.Az-ın "Sport.es"ə istinadən məlumatına görə, ispaniyalı mütəxəssis mövcud təzyiqin klub üçün adi hal olduğunu vurğulayıb:
“La Liqa və Çempionlar Liqasında turnir cədvəlində harada olduğumuz bəllidir. Təzyiq və tənqidlər altında yaşayırıq. Bu — Madrid “Real”ıdır. Burada işləmək, inkişaf etmək və qələbələr qazanmaq lazımdır ki, apreldə və mayda bütün titullar uğrunda mübarizə aparaq”, – deyə Alonso qeyd edib.
Xabi Alonso “Real”a ötən yay rəhbər təyin olunub. La Liqanın 14 turundan sonra “kral klubu” 33 xal toplayaraq hazırda ikinci yerdə qərarlaşıb. Çempionlar Liqasının ümumi mərhələsinin beş turunda komanda 12 xal qazanıb və hazırda 5-ci pillədə yer alır.