5 dekabr 2025. Cümə

“Komanda çətinliklərini mövsümün sonunda qiymətləndirəcəyik”


“Komanda çətinliklərini mövsümün sonunda qiymətləndirəcəyik”

Madrid “Real”ının baş məşqçisi Xabi Alonso klubun hücumçusu Kilian Mbappe və komandanın ümumi çıxışı barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, ispan çalışdırıcı bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Mbappe möhtəşəm mövsüm keçirir və fərdi səviyyədə diqqətəlayiq performans göstərir. Komanda… bunu mövsümün sonunda daha yaxşı görəcəyik. Mbappe yalnız qol vurmaqla kifayətlənmir, həm də liderlik keyfiyyətlərini göstərir, komanda yoldaşlarına enerji verir və onlara kömək edir. Bu, çox vacibdir”.

Qeyd edək ki, “Real” son üç La Liqa oyununda rəqibləri ilə heç-heçə edib – “Rayo Vallecano” (0:0), “Elçe” (2:2) və “Jirona” (1:1). Mbappe cari mövsümdə 19 oyunda 23 qol vurub.







İspaniya L.L.