5 dekabr 2025. Cümə

"Fernandeş "Barselona"ya keçə bilməməsini anlamıram"


"Fernandeş  "Barselona"ya keçə bilməməsini anlamıram"

"Barselona"nın və İspaniya millisinin sabiq futbolçusu Qayzka Mendieta hesab edir ki, "Mançester Yunayted"in mərkəz yarımmüdafiəçisi Bruno Fernandeş özünü Kataloniya klubunda sınamalıdır.

90deqiqe.Az xəbər verir ki, "Casinostugan" sabiq futbolçunun dediklərini belə çatdırıb.

"İstedad baxımından, o, La Liqada uğur qazanmaq üçün lazım olan hər şeyə malikdir. Mən başa düşə bilmirəm ki, o, niyə La Liqaya, xüsusən də "Barselona"ya keçə bilmədi. "Barselona" azarkeşləri onu sevərdilər, bu, şübhəsizdir"

Portuqaliyalı yarımmüdafiəçi 2020-ci ildən "Mankunianlar"da çıxış edir. Komanda kapitanı bütün yarışlarda 304 oyunda 100 qol vurub və 91 məhsuldar ötürmə edib. Fernandeşin "Mançester Yunayted"lə hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır.







İspaniya L.L.