5 dekabr 2025. Cümə

“Real” FIFA-ya geniş hesabat təqdim edəcək - klub 20 ildən çox müddətdə haqsızlığa uğradığını iddia edir


“Real” FIFA-ya geniş hesabat təqdim edəcək  - klub 20 ildən çox müddətdə haqsızlığa uğradığını iddia edir

Madrid “Real”ı İspaniyada hakimliklə bağlı Nqreyra dövrünə aid araşdırmada ciddi addım atmağa hazırlaşır.

90deqiqe.Az-ın "El Chiringuito"ya istinadən məlumatına görə, klub FIFA-ya çoxsaylı sənədlər və videogörüntülərlə zəngin geniş hesabat təqdim edəcək.

Məqsəd – “Real”ın La Liqada 20 ildən artıq müddətdə idman səhvlərinin qurbanı olduğunu sübut etməkdir.

Məlumata əsasən, artıq tamamlanmaq üzrə olan dosye bir sıra hakim qərarlarının sistemli şəkildə klubun ziyanına işlədiyini göstərməyə yönəlib.

Bu təşəbbüs “Real” və “Barselona” arasında gərginliyin artdığı dövrə təsadüf edir. Son olaraq katalon klubunun futbolçusu Lamin Yamal “Real”ın daim şikayət etdiyini və “hiyləgərlik etdiyini” demiş, klub prezidenti Joan Laporta isə madridliləri “Barselona”ya qarşı qərəzdə ittiham etmişdi.

“Real”ın hazırladığı hesabat klubun imicini müdafiə etməklə yanaşı, İspaniyada hakimlik məsələləri ilə bağlı beynəlxalq müzakirələrə də təsir göstərməyi hədəfləyir.







İspaniya L.L.