- İspaniya L.L.
- 17:34 06.12.2025
“Real”ın baş məşqçisi Xabi Alonso Trent Aleksander-Arnoldun zədəsi ilə bağlı sağ müdafiə mövqeyi barədə danışıb.
90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı bu barədə jurnalistlərə açıqlamasında bildirib.
“Valverde sağ müdafiədə etibarlı seçimdir. Bəzi matçlarda, o cümlədən ‘Yuventus’ və ‘Barselona’ ilə görüşlərdə yüksək səviyyə göstərdi. Əsas mövqeyi fərqli olsa da, o komandaya yardım etməyə həmişə hazırdır və klubun dəyərlərini yaxşı təmsil edir”, – deyə Alonso bildirib.
Eder Militao ilə bağlı sualı belə şərh edib:
“Sağ müdafiədə Militao da bir seçimdir. Mərkəz müdafiəsində vəziyyəti nəzərdən keçirəcəyik. O, Braziliya millisində sağ müdafiədə yaxşı çıxış edib. Hansı mövqedə ehtiyac olsa, orada oynayacaq.”
Qeyd olunur ki, bazar günü “Real” evdə “Selta” ilə qarşılaşacaq.