- İspaniya L.L.
- 23:51 06.12.2025
İspaniya La Liqasının 15-ci turunda “Betis” öz meydanında “Barselona” ilə qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, “Olimpiko de Sevillya – La Kartuxa” stadionunda keçirilən görüş qonaqların 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın hesabını 6-cı dəqiqədə “Betis”in hücumçusu Antoni açıb. 11-ci dəqiqədə Ferran Torres bərabərlik qolunu vurub, iki dəqiqə sonra isə qonaqları önə çıxarıb. 31-ci dəqiqədə Runi Bardji “Barselona”nın üçüncü qolunu vurub, 40-cı dəqiqədə isə Torres het-trik edib. İkinci hissədə Lamin Yamall penalti ilə fərqi artırıb. “Betis” 85-ci dəqiqədə Diego Llorente ilə hesabı azaldıb, 90-cı dəqiqədə isə Kuço Ernandes qol vuraraq yekun nəticəni müəyyənləşdirib – 5:3.
15 turdan sonra “Barselona” 40 xalla turnir cədvəlində liderdir. “Betis” isə 24 xalla 5-ci pillədə qərarlaşıb.
Növbəti turda “Barselona” 13 dekabrda evdə “Osasuna” ilə, “Betis” isə 15 dekabrda səfərdə “Rayo Vallecano” ilə qarşılaşacaq.