29 iyun 2026. Bazar ertəsi

“Real Madrid” doğma meydanda “Selta”ya uduzdu


“Real Madrid” doğma meydanda “Selta”ya uduzdu

İspaniya La Liqasının 2025/2026-cı illər mövsümünün 15-ci turunda “Real Madrid” öz meydanında “Selta”nı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə,  “Santyaqo Bernabeu”da keçirilən qarşılaşmada qonaqlar 2:0 hesabı ilə qələbə qazanıblar.

Görüşün ilk qolunu 53-cü dəqiqədə “Selta”nın isveçli yarımmüdafiəçisi Villyot Svedberq vurub. 64-cü dəqiqədə “Real”ın müdafiəçisi Fran Qarsiya iki dəqiqə ərzində iki sarı vərəqə alaraq meydandan qovulub. Komandanın digər müdafiəçisi Alvaro Karreras isə 90+2-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.

Svedberq 90+3-cü dəqiqədə dubla imza ataraq matçın yekun hesabını müəyyənləşdirib.

“Real Madrid” 16 oyundan sonra 36 xalla La Liqa cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Barselona”dan 4 xal geri qalır. “Selta” isə 15 matçdan sonra topladığı 19 xalla 10-cu yerdədir.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"