- İspaniya L.L.
- 21:55 08.12.2025
“Real Madrid”in baş məşqçisi Xabi Alonso ilə yolları ayrılarsa, Zinəddin Zidana yenidən müraciət edə biləcəyi və çalışdırıcının üçüncü dönüşü real görünmür.
90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə, “kral klubu” Zidanın geri qayıtmasını planlaşdırmır. Məlumata görə, o, artıq Fransa Futbol Federasiyası ilə ciddi danışıqlar aparır və 2026-cı il dünya çempionatından sonra Didye Deşanı millidə əvəz etməsi gözlənilir.
Xatırladaq ki, “Real”ın “Selta”ya 0:2 hesablı məğlubiyyəti komandanın La Liqada “Barselona”dan dörd xal geri qalmasına səbəb olub.