9 dekabr 2025. Çərşənbə axşamı

Arauxo mənəvi dəstək üçün Qüdsə yollanıb


Arauxo mənəvi dəstək üçün Qüdsə yollanıb

“Barselona”nın mərkəz müdafiəçisi Ronald Arauxo mənəvi dəstək almaq məqsədilə Qüdsə səfər edib.

90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə,  futbolçu Qüdsdə müqəddəs yerləri ziyarət etməyi planlaşdırır.

Xatırladaq ki, daha əvvəl mətbuatda uruqvaylı futbolçunun klub rəhbərliyindən istirahət istədiyi bildirilmişdi. Buna səbəb Çempionlar Liqasında “Çelsi” ilə matçdan sonra oyunçunun emosional durumunun pisləşməsi olub. Həmin görüşdə Arauxo 44-cü dəqiqədə qırmızı vərəqə alıb, “Barselona” isə 0:3 hesabı ilə məğlub olub.

Cari mövsümdə Arauxo bütün turnirlər üzrə 15 oyunda iştirak edib və 2 qola imza atıb. Onun “Barselona” ilə mövcud müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına əsasən, futbolçunun bazar dəyəri 35 milyon avro təşkil edir.







İspaniya L.L.

Eder Militao zədələndi
  • İspaniya L.L.
  • 23:20 08.12.2025
Eder Militao zədələndi
Zidan “Real”a qayıtmayacaq
  • İspaniya L.L.
  • 21:33 08.12.2025
Zidan “Real”a qayıtmayacaq