- İspaniya L.L.
- 20:34 10.12.2025
“Real”ın müdafiəçisi David Alaba cari mövsümün sonunda klubu tərk edəcək.
90deqiqe.Az-ın məlumatına görə, tərəflər yolların ayrılması ilə bağlı yekun qərar qəbul ediblər.
Alabanın “Real”la müqaviləsinin müddəti 2026-cı il iyulun 1-də başa çatır və klub futbolçu ilə yeni müqavilə imzalamağı planlaşdırmır. Daha əvvəl bildirilsə də ki, oyunçu Madrid təmsilçisində qalmağa etiraz etmirdi, bu variant reallaşmayacaq.
Hazırda Alabanın karyerasını davam etdirməsi üçün əsas variant Səudiyyə Ərəbistanıdır. Bununla yanaşı, futbolçu Avropa klublarından gələcək təklifləri də gözləyir.
“Transfermarkt” portalının məlumatına görə, David Alabanın hazırkı bazar dəyəri 4 milyon avrodur.