11 dekabr 2025. Cümə axşamı

"Xabi Alonsonun "Real Madrid"də çatışmayan cəhəti budur"


"Xabi Alonsonun "Real Madrid"də çatışmayan cəhəti budur"

“Barselona”nın sabiq futbolçusu Rivaldo Madrid “Real”ındakı vəziyyət barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, braziliyalı sabiq ulduz bildirib ki, hazırda “Real”da futbolçularla baş məşqçi arasında müəyyən gərginlik mövcuddur:

“Hazırda ‘Real’da futbolçular və məşqçi arasında nəsə baş verir. Alonso həm nüfuzlu olmalıdır, həm də oyunçular, xüsusən də ulduzlar – Vinisius və Mbappe ilə yaxşı münasibətdə olmalıdır. Onları özünə yaxınlaşdırmalıdır. Çox avtoritar davrananda isə oyunçular əsəbiləşir. Heç kim qəsdən uduzmaq istəmir, amma aydın görünür ki, hazırda ‘Real’da atmosfer yaxşı deyil. Alonsonun əsas vəzifəsi komandanın lider oyunçularını öz tərəfinə çəkməkdir. Qvardiola həmişə bunu bacarırdı. Alonso isə liderləri özünə yaxınlaşdırmalıdır, kiçik münaqişələrə girməməli və oyunçuları davamlı dəyişməməlidir. Pis atmosfer olduqda isə belə söz-söhbətlər yaranır ki, kiminsə, məsələn Vinisiusun, komandadan getmək istəyi var. Məncə, onlara sadəcə dialoq çatmır”, – deyə Rivaldo OneFootball-a açıqlamasında bildirib.

“Real” Çempionlar Liqasının növbəti oyununda “Mançester Siti” ilə qarşılaşacaq.







İspaniya L.L.

Alaba “Real”ı tərk edir
  • İspaniya L.L.
  • 20:34 10.12.2025
Alaba “Real”ı tərk edir
Eder Militao zədələndi
  • İspaniya L.L.
  • 23:20 08.12.2025
Eder Militao zədələndi
Zidan “Real”a qayıtmayacaq
  • İspaniya L.L.
  • 21:33 08.12.2025
Zidan “Real”a qayıtmayacaq