11 dekabr 2025. Cümə axşamı

"Əgər Alonso getsə, “Liverpul” ideal seçimdir"


"Əgər Alonso getsə, “Liverpul” ideal seçimdir"

Sabiq braziliyalı futbolçu Rivaldo “Real”ın baş məşqçisi Xabi Alonsonun gələcəyi barədə fikirlərini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, Rivaldo bildirib ki, o, ümid edir ki, Xabi Alonso “Real”da qalacaq:

“Ümid edirəm ki, Xabi Alonso ‘Real’da qalacaq. O, əla məşqçidir və Almaniyada möhtəşəm iş görüb. Amma əgər getsə, ‘Liverpul’ çox yaxşı variantdır. O, klubu yaxşı tanıyır, orada oynayıb və bu, hər şeyi asanlaşdırır. O, bir top-klubdan digərinə keçə bilər. Ümumiyyətlə, ümid edirəm ki, Alonso ‘Real’da qalacaq və öz keyfiyyətini sübut edəcək. Bunun üçün isə komandadan dəstək almalıdır”, – deyə Rivaldo "OneFootball"a açıqlamasında bildirib.

Qeyd edək ki, Xabi Alonso yaydan bəri “Real”ı çalışdırır.







İspaniya L.L.

Alaba “Real”ı tərk edir
  • İspaniya L.L.
  • 20:34 10.12.2025
Alaba “Real”ı tərk edir
Eder Militao zədələndi
  • İspaniya L.L.
  • 23:20 08.12.2025
Eder Militao zədələndi
Zidan “Real”a qayıtmayacaq
  • İspaniya L.L.
  • 21:33 08.12.2025
Zidan “Real”a qayıtmayacaq