10 mart 2026. Çərşənbə axşamı

Rodriqo 33 oyundan sonra qol həsrətinə son qoydu


Rodriqo 33 oyundan sonra qol həsrətinə son qoydu

“Real”ın vingeri Rodriqo Qoes uzun müddət davam edən qol seriyasına son qoyub.

90deqiqe.Az-ın məlumatına görə, braziliyalı futbolçu UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin VI turunda “Mançester Siti” ilə keçirilən matçda fərqlənib. Qarşılaşmanın 28-ci dəqiqəsində Rodriqo hesabı açaraq “kral klubu”nu önə çıxarıb.

Bu, Rodriqonun “Real” forması ilə 33 oyundan sonra vurduğu ilk qol olub. Sonuncu dəfə o, 4 mart tarixində Madrid derbisində “Atletiko”ya qarşı keçirilən oyunda (2:1) fərqlənmişdi.

Cari mövsümdə 24 yaşlı hücumçu bütün turnirlərdə 19 matçda meydana çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun Madrid klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalına əsasən Rodriqonun bazar dəyəri 80 milyon avro təşkil edir.







İspaniya L.L.

“Sevilya”dan xal itkisi
  • İspaniya L.L.
  • 23:43 08.03.2026
“Sevilya”dan xal itkisi