12 dekabr 2025. Cümə

Erik Qarsiya “Barselona” ilə müqaviləsini uzadıb


Erik Qarsiya “Barselona” ilə müqaviləsini uzadıb

“Barselona” klubunun müdafiəçisi Erik Qarsiya yeni müqaviləyə imza atıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında yer alıb.

24 yaşlı futbolçu ilə müqavilə 2031-ci ilin ortalarına qədər nəzərdə tutulub. İmzalama mərasimində “Barselona”nın prezidenti Joan Laporta, birinci vitse-prezident Rafa Yuste və klub rəhbərliyinin digər nümayəndələri iştirak ediblər. Qarsiyanın yanında agenti və ailə üzvləri də olub.

Bu mövsüm Erik Qarsiya “Barselona” üçün həm mərkəz müdafiəsi, həm sağ cinah müdafiəsi, həm də yarımmüdafiə mövqelərində çıxış edib. “Barselona”nın növbəti matçı dekabrın 13-də La Liqada “Osasuna” ilə olacaq.







İspaniya L.L.

“Mbappe hələ hazır deyil”
  • İspaniya L.L.
  • 21:52 11.12.2025
“Mbappe hələ hazır deyil”
Alaba “Real”ı tərk edir
  • İspaniya L.L.
  • 20:34 10.12.2025
Alaba “Real”ı tərk edir