29 iyun 2026. Bazar ertəsi

“Atletiko” doğma meydanda “Valensiya”nı məğlub etdi


“Atletiko” doğma meydanda “Valensiya”nı məğlub etdi

İspaniya La Liqasının 16-cı turu çərçivəsində Madrid “Atletiko”su doğma meydanda “Valensiya” ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, “Sivitas Metropolitano” stadionunda baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın baş hakimi Sesar Soto Qrado olub. Oyunda hesabı 17-ci dəqiqədə “Atletiko”nun yarımmüdafiəçisi Koke açıb. 63-cü dəqiqədə qonaqların heyətində Lukas Beltran bərabərlik qolunu vurub. 74-cü dəqiqədə isə Antuan Qrizmann Madrid klubuna qələbə qazandıran qolu vurub.

Bu nəticədən sonra “Atletiko” 34 xalla turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. “Valensiya” isə 15 xalla 17-ci sıradadır. Turnir cədvəlinə 40 xalla “Barselona” başçılıq edir.

Növbəti turda “Atletiko” dekabrın 21-də səfərdə “Jirona” ilə qarşılaşacaq. “Valensiya” isə dekabrın 19-da öz meydanında “Malyorka”nı qəbul edəcək.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"