14 dekabr 2025. Bazar günü

Valverde “Real”da ciddi sağlamlıq problemi yaşayır


Valverde “Real”da ciddi sağlamlıq problemi yaşayır

“Real”ın mərkəz yarımmüdafiəçisi Federiko Valverde ciddi tibbi problemlərlə üzləşib.

90deqiqe.Az-ın "DAZN"a istinadən məlumatına görə, uruqvaylı futbolçu son üç həftədir diskomfort hiss etsə də, buna baxmayaraq, oyunlarda iştirakını davam etdirir. Bildirilir ki, Valverde komandanın çətin vəziyyətində nə komanda yoldaşlarını, nə də baş məşqçi Xabi Alonsonu yarı yolda qoymaq istəmir.

Cari mövsümdə 27 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 21 matçda iştirak edib və dörd məhsuldar ötürmə ilə yadda qalıb.

“La Liqa”nın 16 turundan sonra “Real” 36 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Kral klubu” lider “Barselona”dan dörd xal geri qalır.







İspaniya L.L.

“Qrizmann klubun əfsanəsidir”
  • İspaniya L.L.
  • 22:49 13.12.2025
“Qrizmann klubun əfsanəsidir”
“Rodriqo satılmayacaq”
  • İspaniya L.L.
  • 23:51 12.12.2025
“Rodriqo satılmayacaq”