14 dekabr 2025. Bazar günü

Arbeloa “Real”dakı mümkün təyinatla bağlı danışdı


Arbeloa “Real”dakı mümkün təyinatla bağlı danışdı

 “Real”ın sabiq müdafiəçisi Alvaro Arbelonun “kral klubu”nun baş məşqçisi postuna namizəd olduğu barədə yayılan xəbərlərə mütəxəssisin özü münasibət bildirib.

90deqiqe.Az-ın "Cadena SER"ə istinadən məlumatına görə, ispaniyalı mütəxəssis hazırkı vəzifəsindən kənar heç bir variantı nəzərdən keçirmədiyini deyib:

“Mən "Kastilya"nın məşqçisiyəm və bütün diqqətim buradadır. Mənim üçün başqa heç nə yoxdur”, – deyə Arbeloa bildirib.

Madrid klubu La Liqanın 15-ci turunda “Alaveş”lə oyunda qalib gələ bilməsə, Alvaro Arbeloa baş məşqçi postunda Xabi Alonsonu əvəzləyə biləcəyi ilə bağllı iddialar yayılıb.

Qarşılaşma dekabrın 14-də baş tutacaq.

Hazırda “Real” La Liqada 36 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.







İspaniya L.L.

“Qrizmann klubun əfsanəsidir”
  • İspaniya L.L.
  • 22:49 13.12.2025
“Qrizmann klubun əfsanəsidir”
“Rodriqo satılmayacaq”
  • İspaniya L.L.
  • 23:51 12.12.2025
“Rodriqo satılmayacaq”