- İspaniya L.L.
- 21:47 14.12.2025
“Real” klubu İspaniya La Liqasının 16-cı turu çərçivəsində səfərdə “Alaveş”lə qarşılaşmağa hazırlaşır.
90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə, qarşıdakı oyun baş məşqçi Xabi Alonso üçün son matç ola bilər.
Alonso əsas heyətdə eyni anda Kilian Mbappe, Vinisius Junior, Rodriqo Goes və Cud Bellingemi meydana buraxa bilər. Hücum xəttində bu cür kombinasiya inamlı qələbə qazanmaq məqsədi daşıyır.
Qeyd edək ki, 16-cı turdan əvvəl “kral klubu” turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Madrid təmsilçisi lider “Barselona”dan yeddi xal geri qalır, lakin bir oyunu ehtiyatda var.