16 avqust 2026. Bazar günü

Serxio Fransisko “Real Sosyedad”dan göndərildi


Serxio Fransisko “Real Sosyedad”dan göndərildi

“Real Sosyedad” klubunun baş məşqçisi Serxio Fransisko vəzifəsindən uzaqlaşdırılıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis cari ilin yayından komandanı çalışdırırdı. Qeyd edək ki, San-Sebastyan təmsilçisinin heyətində 22 yaşlı rusiyalı yarımmüdafiəçi Arsen Zaxaryan çıxış edir.

İspaniya La Liqasında 16 turdan sonra “Real Sosyedad” 16 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Fransiskonun rəhbərliyi altında keçirilən son oyunda komanda evdə “Jirona”ya 1:2 hesabı ilə uduzub.

 







İspaniya L.L.

“Atletiko” “Marsel”ə qalib gəldi
  • İspaniya L.L.
  • 23:24 14.08.2026
“Atletiko” “Marsel”ə qalib gəldi