14 dekabr 2025. Bazar günü

Levandovskinin “Osasuna” ilə oyunda iştirak etməməsinin səbəbi məlum oldu


Levandovskinin “Osasuna” ilə oyunda iştirak etməməsinin səbəbi məlum oldu

“Barselona”nın hücumçusu Robert Levandovski La Liqanın 16-cı turunda “Osasuna”ya qarşı keçirilən və 2:0 hesabı ilə başa çatan oyunda meydana çıxmayıb.

90deqiqe.Az-ın məlumatına görə, 37 yaşlı futbolçu fiziki diskomfort səbəbindən komandaya kömək edə bilməyib. Xüsusilə, oyunçu budun arxa hissəsində problemlər yaşayır.

Cari mövsümdə polşalı hücumçu 17 oyunda iştirak edərək 8 qol vurub və 2 məhsuldar ötürmə edib. “Barselona” hazırda İspaniya çempionatında liderdir.







İspaniya L.L.

“Qrizmann klubun əfsanəsidir”
  • İspaniya L.L.
  • 22:49 13.12.2025
“Qrizmann klubun əfsanəsidir”