17 mart 2026. Çərşənbə axşamı

“Atletik” səfərdə “Selta”ya məğlub oldu


“Atletik” səfərdə “Selta”ya məğlub oldu

İspaniya La Liqasının XVI turu çərçivəsində “Selta” (Viqo) və “Atletik” (Bilbao) komandaları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Viqodakı “Abanka Balaidos” stadionunda keçirilən qarşılaşmada meydan sahibləri 2:0 hesablı qələbə qazanıb.

Oyunda hesab 48-ci dəqiqədə Uillot Svedberq tərəfindən açılıb. 55-ci dəqiqədə Cons El-Abdellaui “Selta”nın üstünlüyünü iki topa çatdırıb.

Bu nəticədən sonra “Selta” 22 xalla İspaniya çempionatının turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb. “Atletik” isə 23 xalla yeddinci sırada yer alır.







İspaniya L.L.

“Betis”dən heç-heçə
  • İspaniya L.L.
  • 23:39 15.03.2026
“Betis”dən heç-heçə
"Atletiko"ya bir qol bəs etdi
  • İspaniya L.L.
  • 23:48 14.03.2026
"Atletiko"ya bir qol bəs etdi