15 dekabr 2025. Bazar ertəsi

“Real”dan inamlı qələbə


 “Real”dan inamlı qələbə

İspaniya La Liqasının 2025/2026 mövsümünün XVI turunda “Alaveş”lə Madrid “Real”ı üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, “Mendisorrosa” stadionunda (Vitoriya, İspaniya) keçirilən qarşılaşmada qonaqlar 2:1 hesablı qələbə qazanıblar. 

Hesab 24-cü dəqiqədə açılıb. Fransalı hücumçu Kilian Mbappe Cud Bellinqemin ötürməsindən sonra topu qapıdan keçirib. 69-cu dəqiqədə “Alaveş”in hücumçusu Karlos Visente hesabı bərabərləşdirib. O, qol epizodundan cəmi bir dəqiqə əvvəl meydana daxil olub. Qarşılaşmanın taleyini isə 76-cı dəqiqədə braziliyalı hücumçu Rodriqo həll edib. O, həmyerlisi Vinisius Juniorun ötürməsindən sonra qələbə qolunu vurub.

Bu nəticədən sonra “Real” 17 oyundan sonra 39 xalla La Liqa turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Madrid klubu lider “Barselona”dan dörd xal geri qalır. “Alaveş” isə 16 oyundan sonra 18 xalla 12-ci yerdədir.







İspaniya L.L.

 “Real”dan inamlı qələbə
  • İspaniya L.L.
  • 02:42 15.12.2025
“Real”dan inamlı qələbə
“Qrizmann klubun əfsanəsidir”
  • İspaniya L.L.
  • 22:49 13.12.2025
“Qrizmann klubun əfsanəsidir”