17 dekabr 2025. Çərşənbə

“Bu mövzu artıq madridizmin içindədir”


“Bu mövzu artıq madridizmin içindədir”

“Barselona”nın prezidenti Joan Laporta Madrid “Real”ının rəhbəri Florentino Peresin Neqreyra işi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. 

90deqiqe.Az xəbər verir ki, "Sport.es" funksionerin dediklərini belə çatdırıb.

"Bu, “Barselona”dır, indi əsl “Barselona”. Görürəm ki, o, Madridizmin ürəyinə qədər nüfuz edib. Başqa deyəcək bir şeyimiz yoxdur"

Daha əvvəl Peres bu məsələni “müasir futbolun ən ciddi qalmaqalı” adlandırmışdı.

Xatırladaq ki, 2023-cü ildə “Barselona”ya İspaniya Kral Futbol Federasiyasında (RFEF) çalışmış Xose Mariya Enrikez Neqreyraya edilən ödənişlərlə bağlı rüşvət ittihamları irəli sürülüb. Katalon klubunun 2001–2018-ci illər arasında ümumilikdə təxminən 8,4 milyon avro məbləğində ödəniş etdiyi iddia olunur.

“Barselona”nın mövqeyinə görə, Neqreyra hakimliklə bağlı texniki hesabatların hazırlanması üçün xarici məsləhətçi qismində cəlb olunub. Hakimlər Texniki Komitəsinin (CTA) sabiq vitse-prezidenti isə hakimlərə təsir göstərmək məqsədilə rüşvət aldığını qəti şəkildə təkzib edir.







İspaniya L.L.

Ter Ştegen ilk oyununa çıxır
  • İspaniya L.L.
  • 23:14 16.12.2025
Ter Ştegen ilk oyununa çıxır
 “Real”dan inamlı qələbə
  • İspaniya L.L.
  • 02:42 15.12.2025
“Real”dan inamlı qələbə