- İspaniya L.L.
- 23:14 16.12.2025
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen 2025/2026 mövsümündə ilk oyununu keçirəcək.
90deqiqe.Az-ın məlumatına görə, Kataloniya klubu bu gün İspaniya Kubokunun 1/16 final mərhələsində ölkənin üçüncü liqasından “Qvadalaxara” ilə qarşılaşacaq. Oyunun start fitini saat 00:00-da səslənəcək.
Start heyət: Mark-Andre ter Ştegen, Hofre Torrent, Erik Qarsiya, Andreas Kristensen, Mark Bernal, Fermin Lopes, Mark Kasado, Frenki de Yonq, Lamin Yamal, Markus Raşford, Runi Bardji.
Ter Ştegen “Barselona”nın qapısında sonuncu dəfə 18 may 2025-ci ildə, 2024/2025 mövsümünün 37-ci turunda “Vilyarreall”a qarşı (2:3) çıxış etmişdi.