- İspaniya L.L.
- 21:16 17.12.2025
“Barselona” klubunun baş məşqçisi Hans-Diter Flik komandanın daxilindən mətbuata məxfi məlumat ötürən futbolçunu yaxalayıb.
90deqiqe.Az-ın məlumatına görə, "COPE" nəşrinin jurnalisti Viktor Navarro nə futbolçunun adını, nə də ictimaiyyətə sızdırılan məlumatın detalları barədə açıqlama verib.
“Barselona” La Liqada 17 turdan sonra turnir cədvəlinə başçılıq edir. Katalon klubu ən yaxın izləyicisi olan Madrid “Real”ını 4 xal qabaqlayır.
“Barselona” daxili çempionatın növbəti turunda səfərdə “Vilyarreal”la üz-üzə gələcək. Qarşılaşma dekabrın 21-də keçiriləcək və Bakı vaxtı ilə saat 19:15-də start götürəcək.