- İspaniya L.L.
- 23:54 17.12.2025
“Barselona”nın müdafiəçisi Andreas Kristensenin gələcəyi ilə bağlı məsələ hələ də aydınlıq qazanmayıb.
90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə, iki həftədən sonra futbolçu FIFA qaydalarına əsasən digər ölkə klubları ilə danışıqlar aparmaq və hətta ilkin müqavilə imzalamaq hüququ əldə edəcək.
“Barselona” Kristensenin peşəkarlığını yüksək qiymətləndirsə də, ona yeni müqavilə təklif etməkdə tələsmir. Kataloniya klubunun bu passivliyi isə digər komandalar üçün yeni imkanlar yaradır.
Məlumata əsasən, 29 yaşlı futbolçu yenidən İngiltərəyə qayıda bilər. “Nyukasl” artıq uzun müddətdir Kristenseni diqqətdə saxlayır. Bundan əlavə, Səudiyyə Ərəbistanı klublarının da müdafiəçini heyətinə qatmağa cəhd göstərə biləcəyini vurğulanır.
Qeyd edək ki, danimarkalı müdafiəçinin “Barselona” ilə mövcud müqaviləsi mövsümün sonunda başa çatır.