29 iyun 2026. Bazar ertəsi

Mbappe Ronaldonun rekorduna yaxınlaşdı


Mbappe Ronaldonun rekorduna yaxınlaşdı

Fransalı hücumçu Kilian Mbappe 2025-ci ildə “Real Madrid”in heyətində 58-ci qolunu vurub.

90deqiqe.Az-ın məlumatına görə, futbolçu İspaniya Kral Kubokunda “Talavera-de-la-Reyna” ilə keçirilən və 3:2 hesabı ilə başa çatan qarşılaşmada dubl edib.

Beləliklə, Mbappe “Real Madrid”in heyətində bir təqvim ili ərzində vurulan qollar üzrə Kriştiano Ronaldonun rekorduna bir addım yaxınlaşıb. Portuqaliyalı ulduz 2013-cü ildə “kral klubu”nun heyətində 59 qol vurmuşdu.

Qeyd edək ki, 2025-ci ilin sonuna qədər “Real Madrid” daha bir oyun keçirəcək. Madrid təmsilçisi La Liqada “Sevilya” ilə üz-üzə gələcək.

Xatırladaq ki, Kilian Mbappe 2024-cü ildən “Real Madrid”in formasını geyinir. Futbolçunun klubla müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. Cari mövsümdə fransalı hücumçu bütün turnirlər üzrə 26 matçda iştirak edib, 29 qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"