29 iyun 2026. Bazar ertəsi

“Atletiko” çətin qələbə ilə növbəti mərhələdə


“Atletiko” çətin qələbə ilə növbəti mərhələdə

İspaniya Kubokunun 2025/2026 mövsümünün 1/16 final mərhələsində ölkənin dördüncü liqasında çıxış edən “Atletiko Baleares” komandası ilə Madrid “Atletiko”su qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, görüşdə 3:2 hesabı ilə paytaxt təmsilçisi qələbə qazanıb.

Matçın 16-cı dəqiqəsində hücumçu Antuan Qrizmann qonaqları hesabda irəli çıxarıb. 20-ci dəqiqədə Cakomo Raspadori fərqi iki topa çatdırıb. 28-ci dəqiqədə yarımmüdafiəçi Xerardo Bonet “Atletiko Baleares”in hesabdakı fərqi azaltmasına nail olub.

İkinci hissədə, 72-ci dəqiqədə Antuan Qrizmann dublunu rəsmiləşdirib. 80-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Xaume Tovar penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Qarşılaşmanın 90-cı dəqiqəsində isə Moha Keyta hesabdakı fərqi azaldıb.

Beləliklə, “Atletiko Baleares” İspaniya Kuboku – 2025/2026 turniri ilə vidalaşıb. Madrid “Atletiko”su isə növbəti mərhələyə yüksəlib.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"