29 iyun 2026. Bazar ertəsi

Levandovski “Barselona”da qalmaq üçün maaşının azaldılmasına razıdır


Levandovski “Barselona”da qalmaq üçün maaşının azaldılmasına razıdır

“Barselona”nın hücumçusu Robert Levandovski Kataloniya klubunda daha bir mövsüm keçirmək istəyir.

90deqiqe.Az-ın "Cadena Ser"ə istinadən məlumatına görə, 37 yaşlı forvard müqavilənin uzadılması üçün maaşının azaldılmasına hazırdır.

 “Barselona” rəhbərliyi hücumçunun müqaviləsini hazırkı şərtlərlə uzatmağı planlaşdırmır.  Levandovskinin illik maaşı 33,3 milyon avro təşkil edir.

Polşalı futbolçunun “blauqrana” ilə mövcud müqaviləsi qarşıdakı yayda başa çatır.

Qeyd edək ki, polşalı forvard 2022-ci ilin yayından “Barselona”da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 164 oyuna çıxıb, 109 qol vurub və 22 məhsuldar ötürmə edib. Transfermarkt portalına əsasən, Levandovskinin bazar dəyəri 9 milyon avrodur.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"