- İspaniya L.L.
- 23:52 19.12.2025
"Real"ın baş məşqçisi Xabi Alonso 17-ci turun oyununda "Sevilya" ilə matç öncəsi mövsüm sonu işinin qiymətləndirilməsini istədiyini bildirib.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.
"Əvvəlcə qalib gəlmək lazımdır, sonra isə mümkün qədər yaxşı oynamaq. Qiymətləndirmələr ilin sonunda olacaq. Hələ ilin ortasıdır, nəticə çıxarmağa tezdir. Üstəlik, özümə qiymət vermək mənim işim deyil"
17 oyun nəticəsində "Real" 39 xal toplayaraq turnir cədvəlində ikinci pillədədir. "Sevilya" 20 xalla 10-cu sıradadır. Liderlikdə isə 43 xalla "Barselona" qərarlaşıb.