21 dekabr 2025. Bazar günü

Mbappe Ronaldonun rekordunu təkrarladı


Mbappe Ronaldonun rekordunu təkrarladı

“Real”ın hücumçusu Kilian Mbappe La Liqanın 17-ci turunda “Sevilya”ya qarşı keçirilən və 2:0 hesablı qələbə ilə başa çatan matçdan sonra “kral klubu”nun azarkeşlərinə müraciət ünvanlayıb.

90deqiqe.Az-ın məlumatına görə, fransalı futbolçu klubun sosial şəbəkə hesabında yayımlanan videoda bildirib.

 “Salam, madridistalar! Sizinlə Kilian Mbappedir. Bugünkü qələbəyə çox şadam. Bütün madridistalara böyük salamlar! Ad günümə təsadüf edən gündə Kriştianunun rekordunu təkrarladığım üçün də ayrıca xoşbəxtəm. Yanvarın 4-də “Betis”lə oyunda görüşərik. Bütün madridistalara Milad və Yeni iliniz mübarək!” 

Həmin oyunda fərqlənən fransız futbolçu təqvim ili ərzində “Real”ın heyətində vurduğu qolların sayını 59-a çatdıraraq klubun sabiq futbolçusu Kriştianu Ronaldonun rekordunu təkrarlayıb.

Qeyd edək ki, Mbappe “Sevilya”ya vurduğu qolu Kriştiano Ronaldonun məşhur sevinci ilə qeyd edib.

 







İspaniya L.L.

Mbappe Ronaldonun rekordunu təkrarladı
  • İspaniya L.L.
  • 15:02 21.12.2025
Mbappe Ronaldonun rekordunu təkrarladı
"Real" onu icarəyə göndərir
  • İspaniya L.L.
  • 23:52 19.12.2025
"Real" onu icarəyə göndərir