29 iyun 2026. Bazar ertəsi

“Barselona” səfərdə “Vilyarreal"a qalib gəldi


“Barselona” səfərdə “Vilyarreal"a qalib gəldi

İspaniya La Liqasının XVII turu çərçivəsində keçirilən “Vilyarreal” – “Barselona” matçı başa çatıb.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma İspaniyanın Vilyarreal şəhərində yerləşən “Seramika” stadionunda keçirilib. Oyunun baş hakimi Xavyer Alberola Roxas olub. Görüşdə “Barselona” səfərdə 2:0 hesablı qələbə qazanıb.

Matçda hesab 12-ci dəqiqədə qonaqların hücumçusu Rafinya tərəfindən dəqiq yerinə yetirilən penalti zərbəsi ilə açılıb. 39-cu dəqiqədə “Vilyarreal”ın müdafiəçisi Renatu Veyqa birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Say üstünlüyündən yararlanan kataloniyalılar 64-cü dəqiqədə Lamin Yamalın qolu ilə üstünlüyünü iki topa çatdırıb və oyunun yekun nəticəsini müəyyənləşdirib – 2:0.

Bu qələbədən sonra 18 oyunda 46 xal toplayan “Barselona” La Liqa turnir cədvəlinə liderlik edir. 16 oyunda 35 xalı olan “Vilyarreal” isə dördüncü pillədə qərarlaşıb.

Növbəti turda 3 yanvar tarixində “Barselona” səfərdə “Espanyol”, “Vilyarreal” isə “Elçe” ilə qarşılaşacaq.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"