- İspaniya L.L.
- 23:39 22.12.2025
“Barselona” mərkəz müdafiəçisi Ronald Arauxonun 2025-ci ilin sonuna qədər komandaya qayıtmasını gözləyir.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Sport.es" məlumat yayıb.
Müdafiəçi Andreas Kristensenin sol diz ön çarpaz bağlarının zədələnməsindən sonra klub Arauxonun tezliklə meydana çıxacağına ümid edir.
Qeyd edək ki, futbolçu əvvəllər psixoloji səbəblərdən futboldan fasilə götürmüşdü.
Xatırladaq ki, Arauxo UEFA Çempionlar Liqasının 5-ci turunda “Çelsi” ilə oyunda (0:3) start heyətində çıxış etsə də, yarımçıq oyunu tərk etmiş və tənqid olunmuşdu. Müdafiəçi klub rəhbərliyinə emosional yüklənmə və özünəinamda azalma hiss etdiyini bildirərək, bərpa üçün vaxt istəmişdi. “Barselona” rəhbərliyi onun qərarını dəstəkləyərək istirahət etməsinə icazə verib. Fasilə müddətində Arauxo İsraildə ruhani səyahətə çıxıb.