- İspaniya L.L.
- 22:06 23.12.2025
“Barselona”nın yarımmüdafiəçisi Pedri komandaya Lionel Messinin qayıtmasını istədiyini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, "Esquire" ispan futbolçunu dediklərini belə çatdırıb.
“Əlbəttə, mən istəyərdim ki, Messi Barselonaya qayıtsın, heç bir şübhə yoxdur. O, tarixdə ən yaxşıdır və bizim birlikdə oynadığımız ildə mənə çox kömək etdi. Messi Kamp Nouya keçən ay səfər edibmi? Mən bunu sosial şəbəkələrdən öyrəndim. Bunu görməmək çətin idi. Təəssüf ki, danışmaq fürsətimiz olmadı.”
Qeyd edək ki, Lionel Messi 2021-ci ilin yayında “Barselona”dan ayrılıb və hazırda “İnter Mayami” klubunda Major Liqa Futbolunda (MLS) çıxış edir. Argentinli ulduz karyerası ərzində səkkiz dəfə “Qızıl Top” mükafatını qazanıb.