25 dekabr 2025. Cümə axşamı

“Barselona”nın ulduzu Neymarın rekorduna yaxınlaşdı


“Barselona”nın ulduzu Neymarın rekorduna yaxınlaşdı

“Barselona”nın hücumçusu Lamin Yamal 2025-ci ildə diqqətçəkən çıxışla yadda qalıb.

90deqiqe.Az-ın "Sofascore"yə istinadən məlumatına görə, yanvar ayından etibarən gənc ulduz 307 uğurlu driblinq edib. Bu bir təqvim ilində ən çox uğurlu driblinq göstəricilərinin tarixinə görə ikinci nəticədir.

Rekord isə hələ də Neymara məxsusdur: 2017-ci ildə braziliyalı oyunçu 335 dəfə rəqiblərini keçmişdi. Üçüncü sırada isə Lionel Messi 260 driblinqlə qərarlaşıb. Maraqlıdır ki, hər üç oyunçu ən yaxşı nəticələrini “Barselona”da göstərib, baxmayaraq ki, Neymar həmin yay klubdan ayrılıb və “PSJ”yə keçmişdi.

İyulda Lamin Yamal 18 yaşını tamamlayıb. Ötən mövsümdə o, Hansa-Diter Flikin rəhbərlik etdiyi komandaya İspaniyada bütün daxili titulları qazanmağa yardım edib.







İspaniya L.L.

"Flik çox şeyi dəyişdi"
  • İspaniya L.L.
  • 23:07 24.12.2025
"Flik çox şeyi dəyişdi"
Pedri yenidən Messi ilə oynamaq istəyir
  • İspaniya L.L.
  • 22:06 23.12.2025
Pedri yenidən Messi ilə oynamaq istəyir